“Cahan Holding”in Gəncə müdiri oğlunun güdazına getdi - Qovuldu

cahan-holdingin-gence-mudiri-oglunun-gudazina-getdi-
Oxunma sayı: 6480

Xəbər verdiyimiz kimi, “Cahan Holding” MMC-nin Gəncə şəhər filialından külli miqdarda oğurluq edilib. İçərisində 61250 manat və 6000 ABŞ dolları olan seyfi şirkət rəhbəri Azər Əliyevin oğlu Asif Əliyev və qardaşı oğlu Vasif Əliyev oğurlayıblar.

Qafqazinfo”ya daxil olan məlumata görə, bu oğurluq hadisəsi şirkət rəhbəri üçün nəticəsiz qalmayıb. Belə ki, “Cahan Holding” MMC-nin Gəncə şəhər filialının rəhbəri Azər Əliyev vəzifədən azad edilib.