Cahangir Hacıyev haqda məhkəmə - Qərarı+Maddələr

cahangir-haciyev-haqda-mehkeme-
Oxunma sayı: 7509

Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev həbs edilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Cahangir Hacıyev barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. C. Hacıyev barəsində həbs-qətimkan tədbiri "Bandotdel"in vəsatəti əsasında baş prokuror Zakir Qaralovun imzası ilə verilən sanksiya təqdimatı əsasında seçilib.

Sabiq bankir Cinayət Məcəlləsinin 178.3.2 - dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə və 179.3.2 - külli miqdarda mənimsəmə maddələri ilə ittiham edilir.

“Qafqazinfo” xatırladır ki, Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) keçirdiyi gizli əməliyyat nəticəsində tutulub.

O, 17 oktyabrda vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır. Hacıyevin bir neçə dəfə həbs olunduğu xəbəri yayılsa da, məlumatlar öz təsdiqini tapmamışdı.

Murad Əhməd