“Camaat qapını açmağa çalışsa da, bacarmadı” - Video

camaat-qapini-acmaga-calissa-da-bacarmadi
Oxunma sayı: 7199

Xəbər verdiyimiz kimi, dünən Bakının Nizami rayonunda dəhşətli qətl hadisəsi baş verib.

1983-cü il təvəllüdlü Gülnar Qaraxanova evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev saxlanılıb. Məlumata görə, Ə.Əliyev G.Qaraxanovanın bacısının əridir və cinayəti tamah məqsədilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

Xəbəri rus dilində oxuyun: Фото женщины и её детей, убитых зятем

Задержан глава отдела Минобороны

“Qafqazinfo”nun əməkdaşları bu gün hadisə yerinə yollanıb. Qonşuların bildirdiyinə görə Gülnargil mənzildə kirayədə yaşayırmışlar. Gülnarın həyat yoldaşı isə Rusiyada işləyir.

Qonşuların sözlərinə görə, qətlə yetirilən xanım və uşaqları mədəni, sakit insanlar olublar. Qonşuların onlardan hər hansı narazılığı olmayıb və indiyə qədər evlərində hər hansı səs-küy, problem eşitməyiblər.

Həmin ərazidə yaşayan, adının açıqlanmasını istəməyən gənc sakinlərdən biri hadisə gününü belə xatırlayır: “Qonşular səs-küyə yığışmışdı. Amma qapını açmaq mümkün olmadı. Qapı arxadan iki kilidlə bağlanmışdı. Camaat qapını açmağa çalışsa da, bacarmadı, sonra polisə məlumat verdilər. Bildiyimə görə, birinci ora əməliyyatçı gəlib. Amma hadisəni törədən adam ona da qapını açmayıb. Sonra digər polislərə zəng ediblər. Həmin vaxt artıq ambulans da gəlmişdi. Qapının necə açıldığını bilmədim, mən onda artıq yuxarıda deyildim. Amma birinci dəfə polis gələndə uşaqların səsi içəridən gəlirdi. Məncə, onda onlar sağ idilər”.

Xatırladaq ki, DİN-in rəsmi məlumatına görə, bu qətl hadisəsi ilə bağlı eyni zamanda xidməti yoxlama aparılır: “Xidməti yoxlama zamanı polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli hansısa məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək”.

Amin Nəzərli

Video: Müzəffər İsmayılov