Cavanşir Quliyevə ağır itki

cavansir-quliyeve-agir-itki
Oxunma sayı: 11840

Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyevə ağır itki üz verib.

“Qafqazinfo” xəbər verir ki, C.Quliyevin Şəkidə yaşayan qardaşı Elşad Quliyev vəfat edib.

Həkim olan Elşad Quliyevin uzun sürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, uzun müddət Şimali Kipr Türk Cümhuriyyətində yaşayan Cavanşir Quliyev 19 il sonra Bakıya köçüb.