Cavid Qurbanov qatar sürdü - - Fotolar

cavid-qurbanov-qatar-surdu-
Oxunma sayı: 7303


"Qafqazinfo" xəbər verir ki,  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun modern.az-a verdiyi məlumata görə, C.Qurbanov MDB və Baltikyanı ölkələrin Dəmr Yolu Nəqliyyatı Şurasının Minskdə keçirilən 62-ci iclası çərcivəsində zavoda baş çəkib. 

Zavodla tanışlıq zamanı “Stadler Rail Group” şirkətinin baş direktoru Peter Şpuler onun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, "Stadler Minsk" zavodu MDB məkanında mövcud olan geniş zolaqlı dəmir yolları üçün tərkib heyətlərinin istehsalı üzrə ixtisaslaşıb. 

Sonra C. Qurbanov “Stadler Minsk” zavodunda Azərbaycan Dəmir Yolu üçün istehsal olunan KİSS markalı ikimərtəbəli elektrik qatarına baxış keçirib.

Mayın 24-də KİSS markalı iki ikimərtəbəli elektrik qatarı yola salınacaq, iyunun 2-də Azərbaycana çatacaq.