Ceyhun Əli vəzifəsindən azad olundu - Yeni təyinat

ceyhun-eli-vezifesinden-azad-olundu
Oxunma sayı: 12450

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyhun Əli işdən azad olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova bu gün  əmr imzalayıb.  

Sözügedən vəzifəyə həmin şöbənin müavini Mehman Qayıbov təyin edilib.

Qeyd edək ki, 1961-ci il təvəllüdlü Mehman Qayıbov  2-ci dərəcə dövlət müşaviridir. İxtisasca jurnalist olan yeni mətbuat katibi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib. 

Günel Türksoy