Çingiz Qənizadənin dairəsinin nəticələri ləğv edildi

Çingiz Qənizadənin dairəsinin nəticələri ləğv edildi
Oxunma sayı: 9503

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləyqan seçki dairəsinin nəticələri ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda səsvermə günü məntəqələrdə seçki pozuntularının olduğu qeyd edilib. Bildirilib ki, məntəqələrdə topa bülletenlər atılıb, seçicilərə bir neçə bülleten verilib, səsvermə nəticələrinə dair protokol məlumat lövhəsində asılmayıb.

MSK qərara alıb ki, 49 seçki məntəqəsindən 29-da seçkilərin nəticələri etibarsız hesab edilsin.

Qeyd edək ki, MSK sözügedən dairədən Çingiz Qənizadənin qalib olduğunu açıqlamışdı.

***

MSK sədri Məzahir Pənahov bildirib ki, sosial media onların ən etibarlı köməkçisidir: “Biz o məntəqələrlə ciddi işləməliyik. Bəzi şəxslər məntəqənin fəaliyyətini iflic halına gətirir. O məntəqələr cəzalanmağa layiqdir".

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi