“Coca-Cola Azərbaycan”ın rəhbəri vəfat etdi

coca-cola-azerbaycanin-rehberi-vefat-etdi
Oxunma sayı: 9930

“Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru Cem Becel vəfat edib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, o, bu gün Bakıdakı ticarət mərkəzlərinin birinin idman zalında məşq edərkən vəziyyəti pisləşib. Cem Becelin infarktdan öldüyü deyilir.

Qeyd edək ki, Cem Becel “Azerbaijan Coca-Cola Bottlers Ltd”də 2014-cü ilin yanvarından baş direktor vəzifəsini icra edirdi.

Allah rəhmət eləsin!