“Crocus”dakı terror Ukrayna tərəfindən törədilib” - Bastrıkin

crocusdaki-terror-ukrayna-terefinden-toredilib
Oxunma sayı: 793

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı ilə bağlı aparılan genişmiqyaslı araşdırmanın yekunlarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o TASS-a müsahibəsində danışıb.

İstintaq Komitəsinin rəhbəri bildirib ki, cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən Rusiyada daxili siyasi vəziyyəti sarsıtmaq məqsədilə təşkil edilib:

“İstintaq terror aktının planlaşdırılması, hazırlanması və törədilməsinin bütün mərhələlərini müəyyən edib. Hazırda əməliyyat xidmətləri cinayətin təşkilatçılarının yerini müəyyənləşdirmək üçün Tacikistan və digər ölkələrin hüquq-mühafizə orqanları ilə aktiv əməkdaşlıq edir”.

Xatırladaq ki, 22 mart 2024-cü ildə törədilən terror aktı nəticəsində 149 nəfər həlak olub, 600-dən çox insan xəsarət alıb.