Daha 5 həftə oyunlara çıxa bilməyəcək

daha-5-hefte-oyunlara-cixa-bilmeyecek
Oxunma sayı: 1014

İngiltərənin “Aston Villa” klubunun futbolçusu Yuri Tilemans baldır nahiyəsindən zədələnib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna görə də yarımmüdafiəçi daha beş həftə yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, 28 yaşlı belçikalı oyunçu sentyabrın 13-ü “Everton”la heç-heçə etdikləri (0:0) matçda sıradan çıxıb.

Tibbi müayinələr zamanı ilkin olaraq sağalması gec olan əzələ zədəsi aşkarlanıb.

Qeyd edək ki, Y.Tilemans 2023-cü ildən Premyer Liqa təmsilçisinin formasını geyinir.