Daha bir dövlət qurumu Heydər Əliyev prospektinə köçdü

daha-bir-dovlet-qurumu-heyder-eliyev-prospektine-kocdu
Oxunma sayı: 11182

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Heydər Əliyev prospektində tikilən yeni binasının açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, binanın açılış mərasimində prezident İlham Əliyev iştirak edib. Bundan əvvəl komitənin inzibati binası Yusif Səfərov küçəsində yerləşirdi.

Qeyd edək ki, bir sıra dövlət qurumlarının Heydər Əliyev prospektinə köçürülməsi nəzərdə tutulur. Prospektdə SOCAR, Azərsu, Azərenerji üçün binaların tikintisi davam edir, Neft Fondunun binası isə bir müddət əvvəl istifadəyə verilib.