Daha bir müəllim koronavirusdan vəfat etdi

daha-bir-muellim-koronavirusdan-vefat-etdi
Oxunma sayı: 37527

Sumqayıtda orta məktəb müəllimi koronavirusdan vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Cəbrayılova COVİD-19-un qurbanı olub.

39 yaşlı müəllim sözügedən məktəbdə 10 ildən çox çalışıb.