Danimarka Quranın yandırılmasını qadağan edib

danimarka-quranin-yandirilmasini-qadagan-edib
Oxunma sayı: 1303

Danimarka parlamenti Quranın yandırılması da daxil olmaqla, “tanınmış dindarlar icması üçün böyük dini əhəmiyyət kəsb edən mətnlərin qeyri-adekvat şəkildə idarə edilməsini” qadağan etməyə səs verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nəşr qeyd edir ki, 94 deputat qanun layihəsinin “lehinə”, 77 deputat isə qadağanın “əleyhinə” səs verib. Yeniliyin yeddi gündən sonra qüvvəyə minəcəyi vurğulanır. Qanun mühüm dini mətnlərlə yanlış rəftar etməyi cinayət hesab edir, pozuntular iki ilə qədər həbs cəzası ilə cəzalandırılır.