Davudoğluna qarşı ölüm təhdidi - Cənazə mərasimində

davudogluna-qarsi-olum-tehdidi
Oxunma sayı: 4326

Türkiyənin sabiq baş naziri, AK partinin Konya üzrə millət vəkili Əhməd Davudoğlu bu gün qatıldığı cənazə mərasimlərindən birində ölümlə şantaj olunub.

Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, türkiyəli memar Turqut Cansevərin həyat yoldaşı Nilufər Cansevərin cənazə mərasimində iştirak edən Davudoğluya yaxınlaşan bir kişi onunla əl-ələ görüşdükdən sonra “Sən indi məni öldür, yoxsa mən səni öldürəcəyəm”,- deyə bildirib.

Hadisəyə müdaxilə edən polislər həmin kişini tutublar.