Dəhşətli qəzada ölənlərdən biri BDU-nun tələbəsi olub - Foto

dehsetli-qezada-olenlerden-biri-bdu-nun-telebesi-olub
Oxunma sayı: 10515

Xəbər verdiyimiz kimi, bu gün səhər 6 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəzada ölənlərdən biri 18 yaşlı Asif Vaqif oğlu Qardaşov BDU-nun tələbəsi olub. Mərhum 1-ci kursda oxuyurmuş.

Bu barədə Jurnalistika fakultəsinin dekanı Əliyev Vüqar bildirib.