Dəhşətli qəzada xanımı ilə birgə ölən şəxs Metropoliten əməkdaşı imiş - Fotolar

dehsetli-qezada-xanimi-ile-birge-olen-sexs-metropoliten-emekdasi-imis
Oxunma sayı: 9618

Ötən gün Bakı şəhəri Suraxanı rayonunda - Zığ şosesində baş vermiş dəhşətli yol qəzasında həyat yoldaşı ilə birgə vəfat edən Müşfiq Mustafayev Bakı Metropoliteninin əməkdaşı olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Müşfiq Mustafayev xeyli vaxt imiş ki, Metropolitenin təsərrüfat qatarının maşinisti kimi çalışırmış. Hadisə nəticəsində onun 267 saylı orta məktəbdə müəllim işləyən həyat yoldaşı Anargül Mustafayeva da dünyasını dəyişib.

Qeyd edək ki, ötən gün Zığ şosesində BMW markalı avtomobilin “Hyundai” markalı 99 TS 376 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılması nəticəsində ər-arvad hadisə yerində həlak olub.

Nizam Rza