Dəhşətli təyyarə qəzasında yalnız o sağ qaldı

dehsetli-teyyare-qezasinda-yalniz-o-sag-qaldi
Oxunma sayı: 15977

Xəbər verdiyimiz kimi, Rusiyada Dubaydan Rostov-na-Donuya uçan sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza təyyarə hava limanına eniş edərkən baş verib. Təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə yerə çırpılıb və partlayış baş verib. Qəzaya uğrayan “Flydubai” aviaşirkətinə məxsus "Boeing-737" təyyarəsində 62 nəfər (55 sərnişin və 7 ekipaj üzvü) olub və hamısı həlak olub.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, rus turist, 1982-ci il təvəllüdlü Elvira İsayeva dəhşətli qəzada sağ qalan yeganə insan olub. Belə ki, o, qəza baş verməzdən bir gün öncə ad gününü qeyd edib. Gecə çox əyləndikdən sonra yatıb qalıb və uçuşa gecikib. O, bu barədə sosial şəbəkədə yazıb: “Yeganə insanam ki, sağ qalmışam”.