Myanmanın mərkəzində 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 694-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AFP yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Zəlzələ nəticəsində yaralananların sayı isə 1670 nəfərdir.
***
Son məlumata görə, zəlzələdə ölənlərin sayı 1000 nəfərə çatıb. Yaralı sayının isə 2400 nəfər olduğu bildirilir.
***
Myanmada zəlzələ qurbanlarının sayı 1644-ə yüksəlib, 3400-dən çox yaralı var.
Myanma Dövlət İnzibati Şurasının mətbuat xidmətinin məlumatına görə, 139 nəfər itkin düşüb.
Qeyd edək ki, yeraltı təkanlar ötən gün yerli vaxtla saat 12:50-də baş verib.
7,7 maqnitudalı zəlzələ ölkənin mərkəzi hissəsində olub və bütün ərazisində, həmçinin qonşu ölkələrdə dağıntılara səbəb olub. Zəlzələ nəticəsində Taylandda ən azı 10 nəfərin öldüyü bildirilir.




Son xəbərlər
Son Xəbərlər