Dəyən ziyana görə satıcılara dövlət yardımı ödəniləcək - Rəsmilərlə görüş + Video

deyen-ziyana-gore-saticilara-dovlet-yardimi-odenilecek
Oxunma sayı: 7657

"Diqlas" Ticarət Mərkəzində yanğında zərərçəkən icarədarların rəsmilərlə növbəti görüşü keçirilib.

"Qafqazinfo"nun görüşdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, görüşdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin müdir müavini Hüseyn Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak edib.

***

H. Mövsümov bildirib ki, prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə dövlət tərəfindən yardım ödəniləcək: "Bunun üçün komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq.  Dövlət ziyanı sizə ödəyəcək, növbəti mərhələdə isə həmin obyektin sahibləri dövlət qarşısında cavab verəcək".

Mövsümov əlavə edib ki, zirzəmidəki mallara ziyan dəyməyib. 

***

A. Qasımov deyib ki, yaxın günlərdə komissiya üzvlərinin iştirakı ilə "Diqlas"a baxış keçiriləcək.

Murad Əhməd

Fotolar: Nuran Məmmədov