DİN Əli Kərimlinin ittihamlarına cavab verdi - Video + Fotolar

din-eli-kerimlinin-ittihamlarina-cavab-verdi
Oxunma sayı: 12343

Daxili İşlər Nazirliyi (DİN) ötən gün paytaxtın mərkəzində keçirilən qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin onların ünvanına səsləndirdiyi böhtan xarakterli fikirlərinə cavab verib.

"Qafqazinfo"nun məlumatına görə, DİN-in Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb.

DİN-in Hospitalında Əli Kərimlinin müayinələrindən sonra onda heç bir problem aşkarlanmayıb. Müayinənin nəticələri həkimlər tərəfindən araşdırılıb və bu barədə onun özünə bütün məlumatlar verilib.