Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi Naftalanda xüsusi əməliyyat keçirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Bizim Yol”a məlumat verən mənbənin sözlərinə görə, şərti olaraq “Matan” adlandırılan əməliyyatda insan alveri ilə məşğul olan Mətanət Məmmədova və bir neçə nəfər həbs edilib. Həbs edilən dəstə üzvləri Naftalan Şəhər Polis Şöbəsinin rəhbərliyi ilə əlaqəli olub.
Əməliyyatdan dərhal sonra Naftalan şəhər polis şöbəsinin rəisi Ağakişi İsmayılov işdən azad edilib. Onun müavini isə cinayət məsuliyyətinə cəlb edilib.
Son xəbərlər
Son Xəbərlər