Dollarla bağlı gözlənilən iclas bitdi - Yenilənib

dollarla-bagli-gozlenilen-iclas-bitdi
Oxunma sayı: 12700

Dünya valyuta bazarlarında böyük səbirsizliklə gözlənilən ABŞ Mərkəzi Bankının (FED) bugünkü iclası başa çatıb.

“Qafqazinfo” Bloomberg-ə istinadən xəbər verir ki, FED dolların faiz göstəricilərini 0.25-0,50 % nisbətində saxlayıb.

Mərkəzi Bank dolların faiz nisbətində dəyişiklik etməsə də, hazırda bütün diqqət qurumun sədri Janet Yellenin Bakı vaxtı ilə 22:30-da edəcəyi çıxışdadır. Onun mətbuat konfransında veriləcək mesajların valyuta bazarlarında həlledici olacağı proqnozlaşdırılır.

***

Janet Yellen faiz qərarı toplantısından sonra təşkil edilən mətbuat konfransında qlobal iqtisadi inkişafın hələ də riskli olduğunu qeyd edib. Qurum sədri hər toplantının faiz artımı üçün bir ehtimal zamanı olduğunu bildirib və bunun aprel iclasında da ola biləcəyini istisna etməyib.

İqtisadi artımın davam etdiyini bildirən Yellen FED-in siyasətinin də iqtisadi amillərlə bağlı olacağını vurğulayıb.

O, inflyasiyada mərhələli artım olacağını gözlədiyini və yenidən 2 faizlik hədəfə çatmaq istədiyini deyib. “Müvəqqəti təsirlərin azalması ilə əmək bazarındakı düzəlmə davam edəcək, bununla da inflyasiyanın itməsini gözləyirik” -, deyə FED sədri əlavə edib.