“Dövləti iqtisadiyyatdan uzaqlaşdırmaq olmaz”

dovleti-iqtisadiyyatdan-uzaqlasdirmaq-olmaz
Oxunma sayı: 1314

“Biz gələcəkdə dövlətin iqtisadiyyatda rolunun tənzimlənməsi məsələsinə diqqətlə yanaşmalıyıq. Dövləti iqtisadiyyatdan uzaqlaşdırmaq olmaz”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Ziyad Səmədzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda bu gün keçirilən elmi-praktik konfransda bildirib. 

“Hazırda özəl sektor ÜDM-in 80%-ni təşkil edir və bu, çox yaxşı göstəricidir, bundan artıq getmək olmaz. Belə ki, bu halda biz dövləti iqtisadiyyatdan uzaqlaşdırırıq və strateji məsələlər qıraqda qalır. Biz bu gün liberallaşma, özəlləşmə və daxili bazarın qorunması məsələlərinə daha həsas yanaşmalıyıq”, - deyə millət vəkili əlavə edib.

Nuranə Daxilqızı