DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi - Yenilənib

dtx-neftcala-icra-hakimiyyetinin-binasina-girdi
Oxunma sayı: 37817

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib.

Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlıların olduğu dörd cip gəlib.

***

DTX binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib.

***

“Qafqazinfo” xəbər verir ki, hazırda Neftçala rayon İcra Hakimiyyətinə İsmayıl Vəliyev rəhbərlik edir. O, bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bundan əvvəl isə 2005-ci ildən Qobustan rayon İcra Hakimiyyətinin başçısı olub.

***

Unikal.org saytının məlumatına görə, Neftçalanın icra başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən həbs edilib.