DTX tərəfindən saxlanılan polkovniklə bağlı qərar verildi

dtx-terefinden-saxlanilan-polkovnikle-bagli-qerar-verildi
Oxunma sayı: 10494

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyevlə haqda qərar verilib.

"Qafqazinfo" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən F.Mirzəyevlə bağlı verilən təqdimata baxılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha öncə xəbər verdiyimiz kimi, sabiq rəis 2020-ci il iyununda MN-dəki vəzifəsindən çıxarılıb. Polkovnik xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Qeyd edək ki, son günlər DTX Müdafiə Nazirliyində baş verən yeyintilərlə bağlı yüksək vəzifə tutmuş şəxslərin həbsi ilə nəticələnən əməliyyatlar keçirib.