Dünya çempionu əlbəyaxa davada bıçaqlandı – - Foto

dunya-cempionu-elbeyaxa-davada-bicaqlandi-
Oxunma sayı: 5422


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində baş verib.

Pauerliftinq üzrə 5 qat dünya çempionu və 8 qat Avropa çempionu İbrahim İbrahimov dünən “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən barlardan birinin qarşısında bıçaqlanıb.

Gənclər arasında düşən davada İ.İbrahimovun yanında daha iki nəfər olub. Məlumata görə, qarşı tərəfdə 10-dan çox adam olub. Dava nəticəsində İbrahim İbrahimov bıçaqlanıb və üz nahiyəsində bir neçə zədə alıb. O, hazırda “Semaşko” xəstəxanasında reanimasiyadadır.

Hadisədən sonra 25-ci Polis Bölməsinin əməkdaşları İ.İbrahimovun davada iştirak edən 2 dostunu həbs edib.

Murad Əhməd