Dünyada son sutkada 304 mindən çox yoluxma

dunyada-son-sutkada-304-minden-cox-yoluxma
Oxunma sayı: 662

Dünyada son bir gündə koronavirusa 304 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 304 166 hal qeydə alınıb, “COVID-19”dan 8 021 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 106 125 682, ölüm hallarının sayı 2 320 682 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 26 746 377 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 847 304), Braziliya (9 524 640), Rusiya (3 998 216), Böyük Britaniya (3 959 788), Fransa (3 285 786), İspaniya (2 913 425), İtaliya (2 644 707), Türkiyə (2 539 559), Almaniya (2 291 924), Kolumbiya (2 157 216) və Argentina (1 980 347) gəlir.