Dünyanın ən varlı qadını ana oldu - 53 yaşında... + Fotolar

dunyanin-en-varli-qadini-ana-oldu
Oxunma sayı: 6443

Dünyanın ən zəngin qadınlarından olan isveçrəli milyarder Marqarita Louis-Dreyfusun 53 yaşında əkiz uşaqları olub.

"Qafqazinfo" xəbər verir ki, "Forbes"in hazırladığı dünyanın ən zəngin adamları siyahısında 171-ci olan Marqaritanın doğuşu vaxtından əvvəl gerçəkləşib. Holdinqindən verilən açıqlamada ana və uşaqların yaxşı olduğu bildirilib.

Uşaqların atası isə 52 yaşlı isveçrəli bank sahibidir. Hazırki holdinqi ilk həyat yoldaşı və 3 oğlunun atası Robert Louis-Dreyfusdan ona qalıb.

Robert 2009-cu ildə xərçəngdən vəfat edib. Ölümündən sonra sərvəti Marqaritaya qalıb.

Günel Hacı