Əbu Bəkr məscidinin təmirindən - Fotolar

ebu-bekr-mescidinin-temirinden
Oxunma sayı: 3995

Bakının Nərimanov rayonundakı Əbu Bəkr məscidində təmir işləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntüləri memar Elçin Əliyev feysbuk hesabında paylaşıb.

Onun sözlərinə görə, rekonstruksiya olunan məscidin yeni layihəsinin müəllifi Ədalət Məmmədovdur.

Qeyd edək ki, ibadət ocağının əsası 1997-ci ildə qoyulub. Məscidin memarı sovet modernizminin görkəmli nümayəndəsi Tələt Xanlarov olub.