Ədliyyə işçilərinin peşə bayramı Şabranda qeyd edilib - Fotolar

edliyye-iscilerinin-pese-bayrami-sabranda-qeyd-edilib
Oxunma sayı: 1919

22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Şabran rayonunda qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

Öz işinə Şabran Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbiri giriş nitqi ilə açan Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Şabran rayonunda çalışan bütün Ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib.

Asif Hüseynov qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Belə ki, Ulu Öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.

Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən məqsədyönlü, genişmiqyaslı islahatlar həyata keçirilib.

Asif Hüseynov bildirib ki, ədliyyə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, bu strukturda olan orqanların inkişaf etdirilməsi əlbəttə ki, ölkə başçımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılır və davamlı olaraq cəmiyyətə təqdim etdiyi islahatların həyata keçirilməsində Ədliyyə Nazirliyinin də böyük rolu var. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı təbirlər həyata keçirilib.

Tədbirin sonunda xidməti fəaliyyəti zamanı fərqlənən bir qrup ədliyyə əməkdaşı Şabran Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələr ilə mükafatlandırılıb.