Əfqanıstanda 6,8 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Məlumata görə, zəlzələnin episentri İşkaşim şəhərindən 48 kilometr cənub-qərbdə yerləşib. Sözügedən şəhərdə 12 mindən çox əhali yaşayır.
Zəlzələ Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanda da hiss olunub.
Hələ ki dağıntı və tələfat barədə məlumat verilməyib.
Son xəbərlər
Son Xəbərlər