Elçi getdilər, qızı vermədilər – - 4 nəfər bıçaqlandı

elci-getdiler-qizi-vermediler-
Oxunma sayı: 5097


Mingəçevidə 4 nəfərin bıçaqlanmasının təfərrüatları bəlli olub. Ötən gecə saat 22:30-da Mingəçevirdə əsgərlikdən yeni gələn Fərid Hasilovun evlənmək arzusu yarımçıq qalıb.

“Qafqazinfo” xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsindən ANS-ə verilən məlumata görə, 24 yaşlı Fərid Hasilov yenicə hərbi xidmətdən qayıdıb və qonşuluqda sevdiyi qıza elçi gediblər. Elçilik uğursuz olub və onlara qız verilməyib.

Bu gecə isə Fərid Hasilov 23 yaşlı qardaşı Cavid Hasilov, dostu 25 yaşlı Elnur Əzimov və anası 47 yaşlı Amaliya Hasilova ilə birlikdə məsələyə aydınlıq gətirmək istəyib. Bu zaman sevdiyi qızın qohumları 1989-cu il təvəllüdlü Zaur Rəsulovla qarşılaşıblar. Sonradan danışıq mübahisəyə çevrilib.

Nəticədə 3 nəfər Zaur Rəsulovla dalaşıblar. Döyüldüyünü görən Zaur Rəsulov bıçağa əl atıb. O, hər 3 gənci və qardaşların anasını bıçaqlayıb.

Bıçaqlanan 4 nəfər ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb.