“Elçin Əlibəylilərin yerini Elgizlər tutmazdı” - Elşən Musayev

elcin-elibeylilerin-yerini-elgizler-tutmazdi-elsen-musayev
Oxunma sayı: 947

. Dünya güclərinın maskası yırtılıb, demokratiya beşiklərinin döşəyi cırılıb, insan hüquqlarından danışan təşkilatların mövsümi makyajları silinib.
Və..beləcə yırtıqlarla, cırıqlarla, silinmişlərlə “uğraşmalıyıq”.Ən azından seçkiyə qədər!

***

“Euronews”Azərbaycanın ictimai-siyasi haqqda film çəkir. Həm də bir neçə seriyalıq, iri metrajli bir film. Əhsən! Göydəki qaranquşların, bir də Elşadın Fransadaki sözcüsü Elnur Məcidlinin verdiyi məlumata görə filmin ideya müəllifləri anidən belə bir qərara gəlib. Yəni burada xüsusi əlahiddəlik axtarmağa dəyməz. Avropanın sifarişi-zadı da deyil. Təqdimatın seçki öncəsi planlanması da tam bir təsadüfdür. Filmin informasiya mənbəyi (və çox güman maliyyəçisi) Elşad Abdullayevlə “Euronews”in yayım direktoru isə Strasburq çayxanalarının birində təsadüfən tanış olublar.(çox güman biri o birindən siqaret yandırmaq üçün kibrit-filan istəyib)

Və.. biz də yedik bu sərsəmləmələri. Ay-hay!

***

Təhdidlə üz-üzədir Azərbaycan dövlətçiliyi. Açıq və birmənalı təhdidlə. İnanın! Və, bunu görmək,hiss etmək üçün xüsusi istedada, məxsusi təxəyyülə də gərək yoxdur. Kimsə də bu ölkəyə demokratiya-filan ixrac etmə, ya da Azərbaycan həqiqətlərini dünyaya car çəkmə çabasında deyil. “Xalq”və “Demokratiya” anlayışları isə beynəlxalq güclərlə sadəcə öz oyunlarını oynamaq üçün gərək olan ən etibarlı açar rolunda çıxış edr. Boğazdan yuxarı pafos püskürənlər də bütün yaşamları və fəaliyyətləri boyunca öz şəxsi çıxarlarından ayrısını düşünməyiblər. Hamı - nəsə dartmaq, qoparmaq, “yükləmək”, öz şərtlərini diktə etmək istiqamətini götürüb.. Vallah ki, billah ki bu belədir!

Prezident İlham Əliyevin də həmin “üzdəniraq”lara zaman-zaman göstərmiş olduğu yer, “Azərbaycan maraqlarını heç bir təhdid qarşılığında qurban verməyəcəm”- qətiyyəti qarşı tərəfi təbii olaraq qıcıqlandırmaqdadır. Ən çox da bilrsinizmi niyə? Çünki, mövcud durumu rabiteyi-həzmdən küçirə bimirlər. Ağızlarında tam qalıb. Diz üstdə çökdürüb, vassalına çevirdikləri Ermənistana, bir şəkildə devirdikləri Saakaşviliyə nəzərən “Azərbaycanı niyə bu günə qoymayaq?”- ritorikasına saplanıb qalıblar. Qafqazın bu cür strateji məkanı əldən çıxıb. Onun sərvətlərini bir şəkildə qamarlamaq gərəkdir..Əlləri, barmaqları isə illərdir qapı arasında qalıb. Səbəb bax budur!

Bu təhdidlərin qarşlığında biz nə edirik bəs? –Məncə gündəmin əsas mövzusu bax bu olmalıdır. Və ya, müxalif mətbuatın sərgiləfiyi mövqe bəlli..bu haqqda çox danışmayacam. Zatən onları hakimiyyət dəyişikliyindən(ssenari nə cür, hansı məhrumiyyətlər hesabına başa gələcəksə gəlsin, fərq etməz), bir də amansızcasına hədəfə aldıqları Eynulla Fətullayevdən(Bu adamı şəxsən tanımıram və heç bir zaman xüsusi simpatiyam-filan da olmayıb. Amma fərqindəyəm ki, bir dubinka qorxusundan meydanlara çıxmayıb, əvəzində ətrafındakı zavallıları siyasi kamikadzeliyə sürükləyən “lider”lərin birindən yox, yüzündən daha cəsurdur və onun haqqında fikir yürütmək üçün ən azından Fətullayevin yaşadığı həyatın çox yox yarım saniyəsini yaşamaq gərəkdir) savayı kimsə maraqlandırmır! Elə bu səbəbdəndir ki, bütün təhdid mesajları, anonsları, ipucuları, manşetlərə qədər daşınma şansı qazanıb. Və bir mənzərəyə diqqət edin ki, xalqa yönəlik xatırlatmalar içində, ictimai rəy sızdırmalarında daxili(yəni özlərinə aid) mövzular inanılmaz kasaddır. Ən yaxşı halda Rüstəmbəyovun üzü bəri transfer elədiyi 100 minlərindən, ya da meydandakı hansısa ambisiozun söz atmacasından gedə bilər söhbət. Başqa heç nə! Amma..hardakı, bizləri din kartı ilə şantaj edən İran, öz səbatsız dəyərləri ilə bağrına basan Avropa, demokratiya adı altında gözünü, nəfsini sərvətlərimizə dikən Qərb mövzusu var, orada bütün fikirlər və yanaşmalar da paralel olaraq haçalanır, sürətlənir, vüsətlənir...

Yaxşı bəs biz?

İctimai rəyə hansı formada təsir etmək və cəmiyyətə əsl həqiqətləri agah etmək gücündəyik?

Bir ara, Prezident Administrasiyasının rəhbəri hörmətli Ramiz Mehdiyev səviyyəsində mətbuatla bağlı son dərəcə ciddi iradlar bildirildi, ölkənin məmur elitasını ən üst ranqda təmsil edən biri tərəfindən mediaya(ələlxüsus da TV-lərə)ən sərt şəkildə təpki nümayiş olundu. Həm də dövlətin mövqeyi olaraq, deyilmi? Əvəzində nə dəyişdi? Həmin haqqlı tənqidlərdən nəticə çıxarıldımı? Ramiz müəllimin mükəmməl tezislərlə, bənd-bənd təfsilatlarla ifadə etmiş olduğu məqamlar qavranıldımı, əxz edildirmi? Düşünürəm ki, xeyr! Çünki o gərəkli çağırışdan nəticə çıxarılsaydı bu gün efir məkanlarında Elçin Əlibəyli, İlhamiyyə Rza kimi peşəkarların, mükəmməl televiziya nəzəriyyəçilərinin yerini Elgizlər, Rövşanələr tutmazdı. Lazım olan anda həmin efirdən Azərbaycan dövlətçiliyini təhdid edən düşmənlərə qarşı mükəmməl və əvəzsiz təbliğat silahi kimi istifadə edərdik. İctimai rəyə təsirimiz də, tam fərqli olardı. Öz həqiqətlərimizi, milli dəyərlərimizi, hətta gərəkdiyi anda dövlətçiliyimizin sütunu olan ləyaqətli Prezidentimizi də bir ayrı şəkildə qoruyardıq...

...”Facebook”adlı sosial şəbəkə ilə rəqabət çabasına girməyin məziyyətiini daşımazdıq.

***

Ən nəhayət!- Hörmətli diasporamız. Daha doğrusu diaspora komitəmiz! Soruşmaq eyib olmasın, siz hardasınız? Rusiyada, Avropada, Qərbdə Azərbaycan əleyhinə erməni lobbisinin, bir də sapı özümüzdən olan baltaların inanılmaz YÜRÜŞÜ başlayıb. Xəbəriniz varmı? Yox əgər yoxsa, bundan belə olsun barı. Nəzdinizdə yaratdığınız, “Cənubi, Şimali Afrika şöbələri”nin fəaliyyətinə, turistik səfərlərə bir anlıq da olsa ara verin, Allah xətrinə...Ortada daha ciddi mövzular dövr edir, inanın və əmin olun!

Eyni zamanda fərqinə varın ki, bu gün “Milyarderlər ittifaqı”nın,hər fürsətdə bu ölkəyə kürək zərbəsi endirəcək xislətin yiyələri- Beynəlxalq qurumların, təyinatı özünə belə bəlli olmayan Venesiya Komissiyasının, day nə bilim sağda durub solçuluq, solda durub sağçılıq edənlərin, əlqərəz yüz cür, min cür oyunbazın təhdidindən bu milləti, bu dövləti hifz etməyin əsl zamanıdır..

Və bu kəlmələr həm də, içində Azərbaycan sevdası olan bütün kəsimlərə ünvanlanıb!

Lütfən, gecikməyin.

Tarix və zamanın üzərinizə qoyduğu məhkumiyyətə, öhdəliyə, sahib çıxın.

Müstəqil Azərbaycanı öz canı bahasına qoruyub, bizlərə təhvil verən Heydər Əliyevin müqəddəs ruhu qarşısındakı vəfa borcunuzu hərdən də olsa xatırlayın..

Elşən Musayev