Elçin Əlibəylinin arvadı tərəfindən döyülməsinin səbəbi açıqlandı

elcin-elibeylinin-arvadi-terefinden-doyulmesinin-sebebi-aciqlandi
Oxunma sayı: 18695

Tanınmış teleaparıcı Elçin Əlibəyli və həyat yoldaşı D.Vaqifzadə arasındakı münaqişənin səbəbləri məlum olub. 

"Qafqazinfo" Oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumatlarda cütlük arasında münaqişənin uşaq səbəbindən baş verdiyi bildirilib. 

Məlumata görə, D.Vaqifzadə övladı ilə birlikdə ölkədən çıxmaq üçün etibarnamə istəyib. Ancaq aparıcı buna qarşı çıxıb. Buna görə tərəflər arasında münaqişə baş verib. 

Qeyd edək ki,  Dilrubə Vaqifzadə "Qafqazinfo"ya açıqlamasında belə bir hadisənin baş vermədiyini bildirib. Elçin Əlibəyli də şəxsi feysbuk hesabında paylaşım edərək xəbəri təkzib edib.