Eldar Mahmudovun əmisi oğlunun işdən çıxarılması yalan çıxdı - Yenilənib

eldar-mahmudovun-emisi-oglunun-isden-cixarilmasi-yalan-cixdi
Oxunma sayı: 18097

Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov vəzifəsindən azad edilib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, İ.Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.

***

Bakı Şəhər Baş Polis idarəsindən "Qafqazinfo"ya bildirilib ki, hazırda Səbail Rayon Polis İdarəsinin rəisi İlqar Mahmudov iş yerindədir və vəzifəsinin icrası ilə məşğuldur.

 ***

Qeyd edək ki, İ. Mahmudov Səbail rayon İcra Hakimiyyətində 9 ayın yekunlarına həsr olunmuş hesabat iclasında iştirak edib. Tədbirdən çəkilmiş fotonu təqdim edirik.