Ələt-Astara yolundakı qəzada 2 nəfər öldü - Xəsarət alanlar var+Video+Yenilənib

elet-astara-yolundaki-qezada-2-nefer-oldu
Oxunma sayı: 4237

Ələt-Astara magistralında ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Traller” markalı yük avtomobili ilə “Vito” toqquşub.

Ağır xəsarət alanların olduğu bildirilib.

***

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən 2-si ölüb, 4-ü xəsarət alıb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.