Əli Əsədovdan daha bir - Təyinat

Əli Əsədovdan daha bir
Oxunma sayı: 7606

Baş Nazir Əli Əsədov özünə yeni köməkçi təyin edib.

“Qafqazinfo” xəbər verir ki, Ə. Əsədovun müvafiq sərəncamı ilə bu vəzifəyə Zakir Paşayev  gətirilib. Beləliklə də, Baş Nazirin köməkçilərinin sayı 3-ə çatıb. 

Xatırladaq ki, Ə. Əsədovun digər köməkçiləri Ələsgər Ələsgərov və Sabir Bayramovdur.

Bu arada bildirək ki, hazırda Nazirlər Kabinetinin Aparat rəhbəri, Hüquq şöbəsinin və Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri vəzifələrinə təyinat hələ baş tutmayıb. 

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi