Əli Həsənovun kürəkəninin yerinə o gətirildi

eli-hesenovun-kurekeninin-yerine-o-getirildi
Oxunma sayı: 11191

Prezidentin keçmiş köməkçisi Əli Həsənоvun kürəkəni, bir ay öncə Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılan İsfəndiyar Mehbalıyevin yerinə təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Ədalət Abbasov Bakının Nizami Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Ədalət Abbasov Qaradağ RPİ-nin rəisi təyin edilib. 

Xatırladaq ki, İ.Mehbalıyev Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevin oğludur. 

Murad Əhməd

Fotoda: Ədalət Abbasov