Əli Həsənovun polkovnik kürəkəninə töhmət verildi

eli-hesenovun-polkovnik-kurekenine-tohmet-verildi
Oxunma sayı: 8922

Qaradağ rayon Polis İdarəsinin rəisi, polkovnik İsfəndiyar Möhbalıyevə töhmət verilib.

“Qafqazinfo”nun Unikal.org-a istinadən məlumatına görə, İ.Möhbalıyev işində nöqsanlara yol verib. Buna görə də daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İ.Möhbalıyevə töhmət elan edilib. 

Qeyd edək ki, İsfəndiyar Möhbalıyev Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin oğlu, Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kürəkənidir.