Sabiq universitet rektoru Elşad Abdullayev növbəti videolarını AzadlıqRadiosuna göndərib. Əvvəlki gizli çəkilişlərdə olduğu kimi, bu videolarda da söhbət Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin girovluqdan azad olunması haqda gedir.
Elşad Abdullayevin dediyinə görə, çəkilişlər 2007-ci ilin yazında aparılıb.
VİDEOLARIN QISA MƏZMUNU
Özünü MTN zabitləri kimi təqdim edən şəxslər Mahir Abdullayevin azad olunması üçün Elşad Abdullayevə yardım etmək istəyirlər. Onlar iddia edirlər ki, Mahir Abdullayevi öz həmkarlarının şikayəti əsasında Daxili İşlər Nazirliyinin Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşları həbs edib. Deyirlər ki, Mahir başqa ad altında MTN-də həbsdə saxlanır, onun azad olunması üçün Milli Təhlükəsizlik nazirinin özünə çıxmaq, pul verib Mahiri azad etdirmək lazımdır. Lakin nazirin özü birbaşa belə məsələləri müzakirə etmədiyindən onun qeyri-rəsmi təmsilçisi olan Sahib adlı şəxslə görüşməyi təklif edirlər. Sahiblə görüş baş tutur. Lakin o, deyir ki, Mahir Abdullayevi kriminal qruplar qadın üstündə girov götürüblər. Pul müqabilində onu geri qaytara bilərlər, lakin təhlükəsizlik qarantiyası istəyirlər.
MAHİR ABDULLAYEV BELƏ HƏBS OLUNUB
Bu videoda Elşad Abdullayevin MTN əməkdaşı İlqar Abbasov kimi təqdim etdiyi şəxs Mahir Abdullayevin «20 Yanvar» metrosu yaxınlığında həbsi epizodunu təsvir edir. Deyir ki, Mahir Abdullayevə zəng gəlib. O, öz maşınından düşüb piyada Respublika Xəstəxanasına tərəf gedəndə onu maşına otuzdurub «banditizmə» aparıblar. İddia edir ki, onu başqa adam - Əhmədov İsgəndər İbrahim oğlu adı altında saxlayırlar...
Son xəbərlər
Son Xəbərlər