Emin rusiyalı müğənni ilə görüşdü - Fotolar

emin-rusiyali-mugenni-ile-gorusdu
Oxunma sayı: 11927

Soçidə məşhur rusiyalı müğənni Qriqori Lepsin təşkilatçılığı ilə musiqi festivalı keçirilib. 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Leps festivalda iştirak edən bütün məşhurları özü seçib:

“Festivalda iştirak edənləri uzun müdddət ərzində seçmişəm. Daha dəqiq desək bütün ömrüm boyu seçməyə çalışmışam. Mənim özümü də 15 il ərzində kimlərsə seçib”.

Festivalda Serqey Lazarev, Ani Lorak, Emin Ağalarov kimi məşhurlar iştirak edib.

Qriqori Leps Dima Bilan və Filipp Kirkorovu dəvət edib. Ancaq həmin məşhurlar festivalda iştirak etməyiblər.