Ərdoğan Bakıdadır - Video + Yenilənib

erdogan-bakidadir
Oxunma sayı: 11495

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikadan Azərbaycana yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, prezident NATO Zirvəsi və ikitərəfli görüşlərin ardından “TC-TUR” təyyarəsi ilə Azərbaycana gedib.

Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, Milli Müdafiə Naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, AKP sözçüsü Ömər Çəlik, AKP millət vəkili və NATO Parlament Assambleyası Türk Qrupu sədri Osman Aşkın Bak müşayiət edir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycana rəsmi səfərə gəlib.

"Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.