Ərdoğanın tənqidindən sonra salonu tərk etdi - Video

Ərdoğanın tənqidindən sonra salonu tərk etdi
Oxunma sayı: 10310

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışında İsraillə bağlı tənqidi fikirlərindən sonra İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan salonu tərk edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, video-formatda keçirilən görüş zamanı Türkiyə Prezidenti İsrailin Fələstinə qarşı təzyiq, şiddət və təhdid siyasətindən bəhs edib. O, Türkiyənin hər zaman Fələstin xalqına dəstək olduğunu vurğulayaraq səfirliklərini Qüdsə köçürən dövlətləri tənqid edib.

“Fələstin xalqı İsrailin bütün təzyiq və təhdidlərə yarım əsrdən çoxdur sinə gərir” deyən Ərdoğan Fələstin məsələsinin 1967-ci il sərhədləri təməlində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi baxımdan sabit Fələstin dövlətinin qurulması yolu ilə həll edilə biləcəyini, bunun xaricində həll yolu axtarmağın əbəs yerə, birtərəfli və ədalətsiz qərar olduğunu bildirib.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi