Əri Mayamidə tutuldu - Özü isə İstanbula qayıtdı

eri-mayamide-tutuldu
Oxunma sayı: 7654

Türkiyəli müğənni Ebru Güneş ABŞ-ın Florida ştatının Mayami şəhərində həbs olunan iran əsilli azərbaycanlı iş adamı Rza Zərrab həbs olunarkən onun yanında olub.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, müğənni baş verənlərin azyaşlı qızı Alaranın psixologiyasına təsir etməməsi üçün Mayamidən İstanbula qayıdıb. O, nə hava limanında, nə də ki, evinin önündə jurnalistlərlə üz-üzə gəlməmək üçün xüsusi tədbirlər görüb.

Qeyd edək ki, Rza Zərrab İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə və digər iqtisadi cinayətlərdə ittiham olunur. Onun üçün 75 il həbs cəzası tələb olunub.
O, bundan öncə Türkiyədə 17 dekabr əməliyyatında həbs olunub, 70 gün azadlıqdan məhrum olunub.

E. Gündeşin vəkili Şeyda Yıldırım məsələ ilə bağlı açıqlamasında bildirib ki, R. Zərrab Mayamidə təyyarədən enərkən saxlanılıb.