Erməni əsgərləri döyüşdən belə qaçır - Video

Erməni əsgərləri döyüşdən belə qaçır
Oxunma sayı: 12263

Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntülər yayılır. Yayılan daha bir görüntüdə düşmən cəbhədəki real vəziyyət öz əksini tapır. Hərbçilər bir-biri ilə mübahisə edir, döyüşməkdən boyun qaçırırlar.

"Qafqazinfo" sözügedən videoda erməni hərbçilər arasında baş verən dialoqu təqdim edir:

- Biz 10 gündür ki, buraya gəlmişik. Yiyəsiz şəraitdə qalmışıq.

- Yiyəsiz olmamısınız! Mən sizin başınızın üstündə olmuşam.

- Nə edəcəyimizi bilmirik.

- Qaçanda bilməyəcəksiniz də!

- Silah atəş açmır!

- Ver bura! Baxım görüm! Silahın atəş açmır?! Silahı hər dəfə atəş açandan sonra təmizləmək lazımdır. Bəs palçığın içində dava edirsən! (silahdan atəş açır) Niyə atəş açdı?! Al tut! (silahı verir) Gəlin irəli! İndi mənimlə birlikdə piyada vuruşmağa gedirik!

- Mən konkret irəli getməyəcəyəm!

- Bunun üzünü çəkin! Birləşdir, bunun üzünü göstər.

- Birləşdirmə! Birləşdir! Sözümü deyim! Deyim ki, yiyəsiz camaatın çəkməsi yoxdur ki, geyinsin.

- Bəs ayağınızda nədir?!

- Mənim varımdı. O birinin yoxdur?!

- Kimin yoxdur?!

- "Buşlat" yoxdur, yağış, palçığın içindədirlər.

- Yalan deyirsən! Mən hərbi hissə komandiriyəm. Millət, baxın! Bizim erməni xalqı neçə geri qaçır!

- Millətim, baxın! Erməni xalqı qaçmır. Erməni xalqının yiyəsi yoxdur, erməni xalqına xəyanət ediblər!

- Hərbi hissə komandiri cənab Mikayelyan, mən bunu sizə şəxsən göndərəcəyəm. Bu sözləri deyən, danışan razdanlıdır.

- Cənab Mikayelyan, sizin həmkəndlinizəm, Vartgezin oğluyam. Yiyəsizik! "Roqatka" ilə deyirlər ki, gedin! Silah istəyirik. Deyirlər ki, yoxumuzdur. Deyirlər, piyada tankın önünə gedin!

- Baxın, çiynində "roqatka" dır?! Mən bu videonu şəxsən sənə göndərəcəyəm. Yayloyandır. Baxın, erməni milləti, sənin müdafiəçilərin neçə qaçır!