Erməni sənətçidən Qənirə Paşayevaya jest - Video

ermeni-senetciden-qenire-pasayevaya-jest-video
Oxunma sayı: 826

Türkiyədə keçirilən "İlin ən yaxşıları"nın mükafatlandırma mərasimində maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, mükafatlandırılanlar arasında Türkiyənin məşhur media nümayəndələri ilə yanaşı azərbaycanlı millət vəkili Qənirə Paşayeva da olub. O, "Beynəlxalq Dostluq və Barış" mükafatına layiq görülüb.

Mərasimin ən diqqət çəkən məqamı isə erməni əsilli sənətçi Hayko Tataryanın çıxışı zamanı olub. O, mükafata layiq görüldüyü üçün sevindiyini bildirib. Türkiyə vətəndaşı olmaqla qürur duyduğunu söyləyən Tataryan “Erməni sənətçisi olaraq xanım Paşayevanın əlini sıxarsam, görəsən, mənə nə deyəcək?” sözlərindən sonra millət vəkili Qənirə Paşayevanın əlini sıxmaq üçün onun yanına gedib.

Həmin kadrları sizə təqdim edirik: