Ermənilər 16 yaşlı qızı öldürdülər

ermeniler-16-yasli-qizi-oldurduler
Oxunma sayı: 10303

Ermənilərin açdığı atəş nəticəsində bu gün səhər saatlarında Tərtərdə daha bir mülki vətəndaş vəfat edib.

Bu barədə “Qafqazinfo”ya Tərtərin İcra başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısının sözlərinə görə, erməni işğalçıları tərəfindən öldürülən şəxs 2000-ci il təvəllüdlü Həsənova Turanə Kamandar qızıdır. Kəlbəcərdən məcburi köçkün olan 16 yaşlı gənc Həsənbəyli kəndində yaşayırmış.

Günel Hacı