Əsginazların koronavirus daşıyıcısı olması ilə bağlı - ÜST-dən açıqlama

esginazlarin-koronavirus-dasiyicisi-olmasi-ile-bagli
Oxunma sayı: 10856

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun əsginazlar vasitəsilə yayılması barədə məlumatları təkzib edib. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Tarik Yazareviç danışıb.

“ÜST COVID-19-un banknotlar vasitəsilə ötürülməsini deməyib. Biz bununla bağlı heç bir xəbərdarlıqla çıxış etməmişik. Biz inadla əlləri müntəzəm yumağı tövsiyə edirik”, - açıqlamada deyilir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək dünyanın 150-dən çox ölkəsində 173 mindən çox insan bu virusa yoluxub, çoxu sağalıb, 7 mindən çoxu isə dünyasını dəyişib.