Əsir mübadiləsində Putinin israrla istədiyi adam o imiş

esir-mubadilesinde-putinin-israrla-istediyi-adam-o-imis
Oxunma sayı: 11446

Ötən gün Rusiya və Ukrayna arasında baş verən əsir mübadiləsindən danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinin xüsusilə bir ismin üzərində israrla dayandığını açıqlayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, həmin şəxsin kimliyi bəlli olub. Söhbət ukraynalı iş adamı və sabiq millət vəkili Viktor Medvedçukdan gedir.

Ukraynanın ən zəngin iş adamları arasında 12-ci olan Medvedçukun Putinin dostu olduğu, hətta qızının xaç atası olduğu bildirilir.