“Qafqazinfo” xəbər verir ki, Etibar Məmmədovun oğlunun “Facebook” hesabında paylaşdığı fotolar bir neçə mətbuat orqanında dərc olunub. Fotolardan bir neçəsi isə ciddi müzakirəyə səbəb olub. Belə ki, müxalif liderin oğlunun bahalı maşındakı fotosu tənqidlərə tuş gələrək birmənalı qarşılanmayıb.
Bu gün isə Ayxan Etibaroğlu barəsindəki söhbətlərə aydınlıq gətirib. O, Facebook hesabında fotonun orijinal variantını paylaşıb. Məlum olub ki, maşın icarə xidmətləri üçün nəzərdə tutulub və gənc siyasətçi fotoşopla maşının üzərində qeyd olunan yazıları silərək özününküləşdirib.
Ayxan Etibaroğlu maşının ona məxsus olmadığını etiraf etməklə yanaşı “Hamı rahatlaşsın” ismarıcını da göndərməyi unutmayıb.
Maraqlıdır ki, Azərbaycanın ən məşhur siyasətçilərindən biri hesab olunan Etibar Məmmədovun oğlunun gənc siyasətçi kimi ilk gedişi “mat”la nəticələnib.
Həmin fotonun orijinal və fotoşopla olan versiyalarını təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər